ABŞ Silahlı Qüvvələri İran ərazisinə növbəti hava zərbələrini endirib.
Army.az xəbər verir ki, bu, Vaşinqtonun İrana qarşı həyata keçirdiyi doqquzuncu hücum seriyasıdır.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında zərbələrin komanda məntəqələrinə, hava hücumundan müdafiə sistemlərinə, həmçinin raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularına yönəldiyi bildirilib.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) ABŞ-yə məxsus pilotsuz uçuş aparatının İslamabad-e Qərb üzərində vurulduğu açıqlanıb. İran tərəfi həmçinin İordaniyanın Əqaba şəhərindəki bazada bir təyyarə və helikopterin məhv edildiyini iddia edib.
Tehran, eyni zamanda, Müvəffəq əs-Səlti və Əli əs-Səlim hərbi bazalarındakı obyektlərə zərbələr endirdiyini bildirib.
