Ev Hərbi Xəbərlərİsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

by Baş Redaktor
36 Baxış

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda “Hizbullah” hərəkatına məxsus olduğu bildirilən infrastruktura qarşı hava zərbələri həyata keçirib.

Army.az xəbər verir ki, hücumlar Nəbatiyyə və Ənsar ərazilərində yerləşən obyektlərə yönəldilib. Hadisə ilə bağlı müstəqil məlumatlarda da həmin bölgələrdə İsrail aviazərbələrinin həyata keçirildiyi bildirilir.

İsrail tərəfi əməliyyatın “Hizbullah”ın Əli ət-Tahir dağ silsiləsi istiqamətində İsrail hərbçilərinə qarşı həyata keçirdiyi fəaliyyətə cavab xarakteri daşıdığını açıqlayıb.

Qeyd edək ki, Livanın cənubunda son zərbələr iyun ayında əldə olunan razılaşmadan sonra bölgədəki ən ciddi eskalasiyalardan biri kimi qiymətləndirilir.

banner

Əlaqəli Yazılar Xüsusi