ABŞ Prezidenti Donald Tramp İsveçrə ilə ticarət münasibətlərini tənqid edərək, Vaşinqtonun bu ölkə ilə milyardlarla dollarlıq ticarət kəsiri verdiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Trampın sözlərinə görə, ABŞ bu vəziyyəti çox qısa müddətdə dəyişmək imkanına malikdir.
“İsveçrə ilə 39 milyard dollarlıq ticarət kəsirimiz var. Mən bunu bir qərarla aradan qaldıra bilərəm. Sadəcə deyərəm ki, sizin saatlarınızı və digər mallarınızı almaq istəmirəm. O zaman onlar artıq əvvəlki nüfuza malik ölkə olmazlar. Xoşbəxtlikdən, mən yaxşı adamam”, – deyə ABŞ prezidenti bildirib.
Tramp bu açıqlaması ilə ABŞ-ın ticarət siyasətində sərt addımlar ata biləcəyinə işarə edib və ölkəsinin idxal siyasətinin xarici tərəfdaşlar üçün ciddi təsir göstərə biləcəyini vurğulayıb.
