Ev DünyaUkraynanın Baş prokuroru ölkədən qaçdı – Zelenskidən istefa tələbi

Ukraynanın Baş prokuroru ölkədən qaçdı – Zelenskidən istefa tələbi

by Baş Redaktor
17 Baxış

Ukraynanın Baş prokuroru Ruslan Kravçenko ölkə xaricində olduğunu təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə Kravçenko özünün Teleqram kanalında məlumat yayıb.

O, hazırda xaricdə işgüzar səfərdə olduğunu bildirib.

Bununla yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski Ruslan Kravçenkonun Baş prokuror vəzifəsindən azad olunması məsələsinin Ali Radada ən qısa zamanda həll edilməsini istəyib.

banner

Zelenski bildirib ki, Kravçenko üçün vəzifədən kənarlaşdırılmaqdan başqa alternativ görmür və bu barədə Baş prokurora mövqeyini çatdırıb.

Ukrayna Prezidenti məsələnin səbəblərinin ictimaiyyətə məlum olduğunu vurğulayıb. Kravçenkonun baş verənləri siyasi təzyiq kimi qiymətləndirə biləcəyini deyən Zelenski bunun onun şəxsi yanaşması olduğunu qeyd edib.

Əlaqəli Yazılar Xüsusi