ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında vəziyyəti dəyişməyə yönəlmiş hər hansı addım atacağı təqdirdə Vaşinqtonun sərt cavab verəcəyini bildirib.
Army.az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığında yerləşən Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ liderinin sözlərinə görə, hazırda Hörmüz boğazı üzərində tam nəzarət Vaşinqtonun əlindədir. O, İranın bölgədə hər hansı yeni addım atmağa çalışmasının ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Biz Hörmüz boğazına tam nəzarət edirik. Ona biz nəzarət edirik, başqa heç kim yox. Onlar müəyyən məqamda nəsə etməyə cəhd göstərə bilərlər və bu halda məhv ediləcəklər”, – Tramp deyib
