Ev DünyaABŞ Rusiyaya təşəkkür etdi: Amerikalı məhbus azadlığa çıxdı

ABŞ Rusiyaya təşəkkür etdi: Amerikalı məhbus azadlığa çıxdı

by Baş Redaktor
42 Baxış

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinin amerikalı Robert Qilmanın azadlığa buraxılması ilə bağlı qərarını müsbət qarşılayıb.

Army.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.

O bildirib ki, Vaşinqton Qilmanın humanitar əsaslarla əfv olunmasına görə Rusiya liderinə təşəkkür edir.

“ABŞ Robert Qilmanın humanitar səbəblərlə əfv edilməsinə görə Prezident Putinə minnətdardır”, – Uitkoff açıqlamasında deyib.

banner

Xatırladaq ki, Robert Qilman avqustun 11-də Rusiyada azadlığa buraxılıb. ABŞ vətəndaşı 2022-ci ildən etibarən həbsdə saxlanılırdı. Rusiya tərəfinin məlumatına əsasən, onun azad edilməsi Vladimir Putinin humanitar əsaslarla əfv qərarından sonra mümkün olub.

Əlaqəli Yazılar Xüsusi