Danimarkanın Orxus şəhərində Rusiya Prezidenti Vladimir Putinə aid heykəl quraşdırıldıqdan cəmi bir neçə saat sonra vandalların hücumuna məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Radio4” radiostansiyası reklam kampaniyası çərçivəsində dünyanın ən çox müzakirə olunan beş ictimai xadiminin heykəllərini Danimarkaya təqdim edib. Sözügedən şəxslər arasında Putinlə yanaşı İsrailin Baş naziri Benyamin Netanyahu, Danimarkanın Baş naziri Mette Frederiksen, amerikalı aktrisa Kim Kardaşyan və milyarder İlon Mask da yer alıb.
Heykəllərdən ən çox diqqət çəkənlərdən biri isə Putinə aid olan olub. Onun Orxusdakı parkda yerləşdirilməsindən təxminən altı saat sonra heykəlin baş hissəsi mişarla kəsilərək götürülüb.
