Avropa İttifaqının Ermənistanla əlaqələri genişləndirmək istiqamətindəki siyasəti Moskvanın diqqətini çəkib. Rusiya tərəfi hesab edir ki, Brüsselin bu yanaşmasının mümkün məqsədlərindən biri Rusiyanın maraqlarına zərər vurmaq ola bilər.
Army.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Vladislav Maslennikov bildirib.
Diplomat Aİ-nin Ermənistanla münasibətlərə göstərdiyi “nəzərəçarpan və nümayişkaranə marağın” Moskvada bir sıra suallar yaratdığını deyib.
Maslennikovun sözlərinə görə, Avropa İttifaqı hazırda açıq şəkildə Rusiyaya qarşı siyasət aparır və bu xətt tədricən hərbi-siyasi məzmun qazanır.
O vurğulayıb ki, Aİ-nin Ermənistanla bağlı real niyyətləri təhlil edilərkən Brüsselin Rusiyaya münasibətdə həyata keçirdiyi siyasət də nəzərə alınmalıdır.
