Ev TexnologiyaF-35-lərin istismar xərci rekord həddə çatır: 1,4 trilyon dollar

F-35-lərin istismar xərci rekord həddə çatır: 1,4 trilyon dollar

by Baş Redaktor
38 Baxış

F-35 “Lightning II” qırıcılarının qlobal parkının genişlənməsi ilə yanaşı, onların uzunmüddətli istismar və texniki xidmət xərcləri də ciddi şəkildə artır. Təyyarələrin bütün xidmət dövrü ərzində bu xərclərin təxminən 1,4 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Army.az xəbər verir ki, bu barədə “Defence Industry Europe” məlumat yayıb.

ABŞ Müharibə Nazirliyinin hesabatında F-35 proqramının qarşılaşdığı əsas problemlər sırasında modernləşdirmə xərclərinin yüksəlməsi, ehtiyat hissələrinin təminatında yaranan çətinliklər və texniki xidmət imkanlarının məhdudluğu göstərilir.

Nəşr ABŞ Müharibə Nazirliyinin 2027-ci maliyyə ili büdcəsi çərçivəsində hazırladığı F-35 Modernized Selected Acquisition Report sənədinə istinadən bildirir ki, hazırda 20 ölkədə yerləşən 48 bazada və 12 gəmidə 1200-dən artıq F-35 istismar edilir.

banner

Proqram üzrə 2025-ci il ərzində 191 qırıcının sifarişçilərə çatdırılması ilə illik tədarük göstəricisi üzrə yeni rekord qeydə alınıb. ABŞ isə 2027-ci maliyyə ilində daha 85 ədəd F-35 almağı planlaşdırır.

Ümumilikdə proqram çərçivəsində 2470 təyyarənin istehsalı nəzərdə tutulur. Bunlardan 1763-ü F-35A, 280-i F-35B, 413-ü isə F-35C versiyası olacaq.

Əlaqəli Yazılar Xüsusi