“Alma-Ata Bəyannaməsinin qəbul edildiyi tarixə olan xəritələrdə Ermənistan və Azərbaycanın əraziləri müəyyənləşdirilib”.
Army.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, Kərki, Barxudarlı və Yuxarı Əskipara isə Ermənistan ərazisinə daxil deyil:
“Bu, bizim nəzərə almalı olduğumuz faktdır”.
Onun sözlərinə görə, hazırda xəritələrdə göstərilən sərhədlərlə faktiki vəziyyət arasında fərqlər olan ərazilər də mövcuddur. Paşinyan hesab edir ki, bu məsələlərin həlli zəruridir.
Baş nazir sərhədlə bağlı problemlərin hərbi yolla həll edilməsinin mümkün olmadığını vurğulayıb və bunu “keçmişdə qalmış, bağlanmış səhifə” adlandırıb.
