Ev DünyaYeni radar və silah sistemi: Yak-130M ilk uçuşda imkanlarını nümayiş etdirdi

Yeni radar və silah sistemi: Yak-130M ilk uçuşda imkanlarını nümayiş etdirdi

by Baş Redaktor
19 Baxış

Rusiyada hazırlanmış yeni nəsil Yak-130M təlim-döyüş təyyarəsi ilk sınaq uçuşunu uğurla həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyası məlumat yayıb.

Bildirilib ki, uçuş sınaqları İrkutsk Aviasiya Zavodunun bazasında keçirilib.

Sınaq uçuşu zamanı Yak-130M təxminən 50 dəqiqə havada qalıb, 2000 metr hündürlüyə qalxıb və saatda 600 kilometr sürət yığıb.

banner

“Rostex”in açıqlamasına görə, yeni model baza Yak-130 platformasından daha müasir avadanlıqlarla fərqlənir. Təyyarə qabaqcıl bort sistemləri, yeni radiolokasiya stansiyası və genişləndirilmiş silahlanma kompleksi ilə təchiz edilib.

Əlaqəli Yazılar Xüsusi