Ev Dünyaİran açıqladı: ABŞ ilə mesaj mübadiləsi davam edir

İran açıqladı: ABŞ ilə mesaj mübadiləsi davam edir

by Baş Redaktor
60 Baxış

ABŞ dəniz blokadasını və iqtisadi müharibəni davam etdirdiyi müddətdə Hörmüz boğazında təhlükəsizliyin bərpası mümkün olmayacaq.

Army.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Qətər və Pakistan İranla ABŞ arasında vasitəçilik missiyasını davam etdirirlər.

İran tərəfi ABŞ-ın mövqeyini hələ də araşdırdığını və qiymətləndirmə başa çatdıqdan sonra cavabını vasitəçilər vasitəsilə çatdıracağını açıqlayıb.

banner

Bəyanatda, həmçinin Tehranla Vaşinqton arasında mesaj mübadiləsinin vasitəçilər üzərindən davam etdiyi vurğulanıb.

Əlaqəli Yazılar Xüsusi