Ev DünyaABŞ İranın dəniz blokadasını davam etdirir: 12 gəminin marşrutu dəyişdirilib

ABŞ İranın dəniz blokadasını davam etdirir: 12 gəminin marşrutu dəyişdirilib

by Baş Redaktor
45 Baxış

ABŞ Mərkəzi Komandanlığı İran ətrafında tətbiq edilən dəniz blokadasının qüvvədə qaldığını açıqlayıb.

Army.az xəbər verir ki, komandanlığın yaydığı məlumatda iyulun 25-nə olan vəziyyətlə bağlı blokadanın icrası barədə məlumat verilib.

Bildirilib ki, blokadanı keçməyə cəhd edən 12 kommersiya gəmisinin hərəkət istiqaməti dəyişdirilib. Tələblərə əməl etməyən daha 2 gəmi isə sıradan çıxarılıb. Bundan əlavə, iki gəmidə blokada qaydalarına tam riayət olunmasına nəzarət məqsədilə yoxlama aparılıb.

ABŞ Mərkəzi Komandanlığı ölkə qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu və əməliyyatlara tam fokuslandığını bildirib. Qeyd olunub ki, hərbçilər istənilən anda fəaliyyətə keçməyə hazırdır.

banner

Əlaqəli Yazılar Xüsusi