G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə dair mövqeyində müəyyən yumşalma müşahidə olunub.
Army.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat yayıb.
Makronun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə Tramp arasında aparılan müzakirələrin məzmunu və keyfiyyəti, eləcə də Avropa ölkələri, Kanada, Yaponiya və ABŞ arasında formalaşan mövqe yaxınlaşması sammitin əsas nəticələrindən biri kimi qiymətləndirilə bilər.
O vurğulayıb ki, Trampın seçilməsindən sonra ilk dəfə olaraq G7 daxilində geniş konsensusun əldə olunması mühüm diplomatik irəliləyiş sayılır.
