İtaliyanın müdafiə naziri Quido Krozetto Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanmasının mümkün olmadığını bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, Romanın əsas məqsədi Kiyevə müharibədən sağ çıxmaq və hərbi əməliyyatları dayandırmaq üçün dəstək verməkdir:
“Ukrayna bu müharibədə heç vaxt qalib gələ bilməyəcək. Mənim məqsədim Ukraynaya sağ qalmaqda və müharibəni başa çatdırmaqda kömək etməkdir”.
O, həmçinin İtaliyanın indiyədək Ukraynaya 12 hərbi yardım paketi göndərdiyini qeyd edib. Nazirin açıqlamasına əsasən, ilin sonunadək Kiyevə daha bir yardım paketi təqdim olunacaq.
