Ev DünyaZelenski Ukraynada prezident seçkilərinin vaxtını açıqladı

Zelenski Ukraynada prezident seçkilərinin vaxtını açıqladı

by Baş Redaktor
65 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə növbəti prezident seçkilərinin hərbi münaqişə başa çatdıqdan təxminən altı ay sonra keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Army.az xəbər verir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, həmin müddət ərzində seçkilərin təşkili üçün zəruri qanunvericilik dəyişikliklərini həyata keçirmək və müvafiq infrastrukturu hazırlamaq mümkün olacaq.

Ukrayna lideri əlavə edib ki, Rusiya hərbi əməliyyatları tam dayandırmağa razılaşarsa, seçkilərin keçirilməsi üçün hazırlıq müddətini 60 günə qədər azaltmağa hazırdır.

banner

Xatırladaq ki, Zelenski daha əvvəl də növbəti prezident seçkilərində iştirak etməyə hazır olduğunu açıqlayıb. O, seçkilərdə iştirak etməyi öz məsuliyyəti hesab etdiyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi