Ukrayna Prezidenti Volodimir Zelenski Xersonda tərəvəz satan mülki şəxsin Rusiya pilotsuz uçuş aparatı tərəfindən hədəfə alındığını əks etdirdiyi iddia olunan videodan sonra sərt bəyanatla çıxış edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Zelenski bildirib ki, dünya Rusiyanın hərəkətlərinə biganə qalmamalı və baş verənləri aydın şəkildə görməlidir.
Onun sözlərinə görə, Rusiyaya qarşı təzyiq gücləndirilmədən, hərbi imkanları zəiflədilmədən və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları yaradılmadan ədalətli sülhə nail olmaq mümkün deyil.
Prezident həmçinin vurğulayıb ki, Xersonda mülki şəxslərin dronlarla hədəfə alındığı iddia edilən hallar təkcə Ukrayna üçün deyil, digər ölkələrin təhlükəsizliyi baxımından da ciddi təhlükə yaradır və buna son qoyulmalıdır.
