Ev DünyaRusiya və İraq arasında birbaşa aviareyslər bərpa olundu

Rusiya və İraq arasında birbaşa aviareyslər bərpa olundu

by Baş Redaktor
31 Baxış

Rusiya və İraq arasında birbaşa aviareyslər yenidən fəaliyyətə başlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Iraqi Airways aviaşirkətinə məxsus ilk təyyarə avqustun 4-də Bağdaddan qalxaraq Moskvanın “Vnukovo” hava limanına eniş edib.

Məlumata görə, İraqın milli aviadaşıyıcısı Moskva istiqamətində həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri reyslər yerinə yetirəcək.

banner

Iraqi Airways şirkətinin açıqlamasında qeyd olunub ki, hava əlaqəsinin bərpası Bağdad–Moskva marşrutu üzrə birbaşa uçuşlara artan sərnişin tələbatı ilə əlaqədar qəbul edilib.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, bununla da Rusiyadan birbaşa aviareyslərin həyata keçirildiyi ölkələrin sayı 36-ya çatıb.

Əlaqəli Yazılar Xüsusi