Ev DünyaŞahzadə Harrinin Britaniya səfərində gözlənilməz dəyişiklik

Şahzadə Harrinin Britaniya səfərində gözlənilməz dəyişiklik

by Baş Redaktor
90 Baxış

Böyük Britaniya şahzadəsi Harri ölkəyə səfəri zamanı Bukinqem sarayında qalmayacaq. Buna səbəb onun yerləşmə ilə bağlı təsdiqi müəyyən olunmuş müddətdə verməməsi olub.

Army.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, bazar ertəsi səhər şahzadə Harrinin nümayəndəsi onun atası Kral III Çarlzın rəsmi iqamətgahı olan Bukinqem sarayında qalmaq təklifini qəbul etdiyini açıqlayıb.

Hazırda həyat yoldaşı Meqan Markl və iki övladı ilə birlikdə ABŞ-ın Kaliforniya ştatında yaşayan şahzadə Harrinin nümayəndəsi ailəsinin bu səfərdə onu müşayiət etməyəcəyini də təsdiqləyib. Şahzadənin Böyük Britaniyaya səfərinin iyulun 6-da başlaması planlaşdırılırdı.

banner

Lakin daha sonra kral sarayının nümayəndələri “Sky News”a bildiriblər ki, şahzadə Harri qalacağı ilə bağlı təsdiqi vaxtında təqdim etmədiyi üçün Bukinqem sarayında yerləşdirilməsi ilə bağlı təklif artıq qüvvədən düşüb.

Əlaqəli Yazılar Xüsusi