Rusiyanın SSJ-100 sərnişin təyyarələrində istismar müddəti başa çatan Sam146 mühərriklərinin yerli istehsal olan PD-8 mühərrikləri ilə əvəzlənməsi aviaşirkətlər üçün ciddi maliyyə yükü yaratmayacaq.
Army.az xəbər verir ki, bu barədə Yekaterinburqda keçirilən “İnnoprom” beynəlxalq sənaye sərgisində çıxış edən Birləşmiş Aviasiya Korporasiyasının (OAK) rəhbəri Vadim Badexa məlumat verib.
Onun sözlərinə görə, remotorizasiya proqramının maliyyələşdirilməsi üçün federal büdcədən vəsait ayrılması nəzərdə tutulmur. Badexa bildirib ki, aviaşirkətlər mühərriklərin dəyişdirilməsi xərclərini özləri qarşılaya biləcəklər.
O, həmçinin bir SSJ-100 təyyarəsinin mühərriklərinin dəyişdirilməsinin təxminən 2,3 milyard rubla başa gələcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Badexanın sözlərinə görə, bu rəqəmlər reallığı əks etdirmir.
OAK rəhbəri əlavə edib ki, 50 təyyarənin modernləşdirilməsinin yüz milyardlarla, hətta on milyardlarla rubl tələb edəcəyi barədə iddialar da doğru deyil. Bununla belə, o, layihənin dəqiq dəyərini açıqlamayıb və yalnız 50–100 SSJ-100 təyyarəsinin yeni PD-8 mühərrikləri ilə təchiz oluna biləcəyini bildirib.
