Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın Pakistan İslam Respublikasında səfir təyin olunması ilə bağlı fərman imzalayıb. Bununla da Ermənistan ilk dəfə Pakistanda diplomatik nümayəndəlik səviyyəsində təmsil olunacaq.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Fərmana əsasən, Karen Qriqoryan həm də Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsini saxlayacaq və Pakistan üzrə səfir funksiyasını da icra edəcək. Onun iqamətgahının Əbu-Dabidə yerləşəcəyi bildirilib.