Ermənistan parlamentinin müxalifətçi deputatı Geqam Manukyan hakim “Mülki Müqavilə” partiyasının nümayəndələrinin, xüsusilə Arman Yeqoyanın erməni diasporu ilə bağlı fikirlərinə münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə Ermənsitan KİV məlumat verib.
Manukyan çıxışı zamanı 2006-cı ildə İstanbulda Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı yaşadığı hadisəni xatırladıb.
Deputatın sözlərinə görə, həmin vaxt İstanbulda keçirilən böyük mətbuat konfransında Ərdoğanın qarşısında “erməni soyqırımı” məsələsini qaldırıb və mövzu ilə bağlı geniş danışıb.
Manukyan bildirib ki, Ərdoğanın buna ilk reaksiyası onun erməni diasporunun təsiri altında olması barədə fikir söyləmək olub.
Müxalifətçi deputat qeyd edib ki, illər sonra eyni ifadəni Ermənistan hakimiyyətinin nümayəndələrindən eşidir və bunu hakim partiyanın diaspor məsələsinə yanaşması ilə əlaqələndirib.
