Ev DünyaVaşinqtonda güc savaşı: Tramp üçün geri sayım başladı

Vaşinqtonda güc savaşı: Tramp üçün geri sayım başladı

by Baş Redaktor
37 Baxış

“ABŞ-da qarşıdan gələn aralıq seçkilərdə demokratların qələbəsi ABŞ Prezidenti Donald Tramp üçün ciddi siyasi risklər yarada bilər”.

Army.az xəbər verir ki, bunu siyasi şərhçi Malek Dudakov deyib.

Onun fikrincə,Demokratlar Konqresin hər iki palatasında çoxluğu ələ keçirə bilər. Bu halda Trampın hakim vəzifələrə təyinatları təsdiqləməsi çətinləşəcək, həmçinin qanunvericilik təşəbbüsləri bloklana bilər.

Ekspert qeyd edib ki, belə bir ssenari siyasi qarşıdurmanı daha da gücləndirəcək. O əlavə edib ki, demokratlar pedofil Cefri Epşteyin ilə bağlı qalmaqal və Trampın mümkün əlaqələrini araşdırmağa başlaya bilər.

banner

Dudakov ehtimal edib ki, vəziyyət gərginləşərsə, 2027-ci ildə impiçment cəhdləri də gündəmə gələ bilər.

Əlaqəli Yazılar Xüsusi