Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Həmədə ilə görüşlər keçiriblər.
Army.az xəbər verir ki, tərəflər Ermənistan-ABŞ münasibətlərində yaranan yeni dinamikanı müsbət qiymətləndirərək siyasi, iqtisadi və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşlərdə əsas diqqət təhlükəsizlik məsələlərinə, İrəvanla Bakı arasında sülh prosesinə, regiondakı son proseslərə və TRIPP infrastruktur layihəsinin həyata keçirilməsinə yönəlib.
Tərəflər həmçinin texnologiya sektorundakı əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Ararat Mirzoyan Ermənistanda Firebird AI şirkətinin “AB Factory” məlumat emalı mərkəzinin fəaliyyətə başlamasını ölkənin süni intellekt sahəsində artan imkanlarının göstəricisi kimi dəyərləndirib.
