Ev TexnologiyaF-35-lər üçün yeni mərhələ: ABŞ peyk rabitəsini gücləndirir

F-35-lər üçün yeni mərhələ: ABŞ peyk rabitəsini gücləndirir

by Baş Redaktor
32 Baxış

ABŞ F-35 “Lightning II” qırıcılarının rabitə imkanlarını genişləndirməyə hazırlaşır. Planlara əsasən, təyyarələr 2031-ci ilədək “Starshield” peyk şəbəkəsi üzərindən görünmə xəttindən kənar rabitə imkanına sahib olacaq.

Army.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın 2027-ci maliyyə ili üçün hazırladığı F-35 modernləşdirmə və satınalma hesabatında yer alıb.

Sənəddə yeni funksiyanın “Starshield” və “Protected Tactical Waveform” texnologiyalarının birgə istifadəsi əsasında qurulacağı qeyd olunur.

Yeni sistem F-35-lərə hədəf və izləmə məlumatlarını daha uzaq məsafələrə ötürmək imkanı verə bilər. Bununla da qırıcıların ənənəvi radio rabitəsinin əhatə dairəsindən kənarda həyata keçirilən uzunmənzilli əməliyyatlarda məlumat mübadiləsi imkanlarının artırılması nəzərdə tutulur.

banner

Hesabatda texnologiya təyyarə səviyyəsində modernləşdirmə kimi göstərilsə də, onun F-35A, F-35B və ya F-35C versiyalarından hansına tətbiq ediləcəyi dəqiqləşdirilməyib.

Əlaqəli Yazılar Xüsusi