Ev DünyaMakrondan nümayişlərlə bağlı qərar: Fransada bəzi aksiyalar qadağan ediləcək

Makrondan nümayişlərlə bağlı qərar: Fransada bəzi aksiyalar qadağan ediləcək

by Baş Redaktor
45 Baxış

Fransa Prezidenti Emmanuel Makron qanuni əsasları olmayan nümayiş və toplantılara qarşı yaxın günlərdə məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə o, oktyabrın 22-də Yelisey sarayında kəşfiyyat xidmətlərinin iştirakı ilə keçirilən iclasdan sonra danışıb.

Makronun sözlərinə görə, müvafiq hüquqi əsasları olmayan nümayişlər prefektlərin qərarı ilə qadağan ediləcək. Həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalar üçün isə alternativ marşrutlar müəyyənləşdiriləcək.

Fransa lideri bu addımların şəhər mərkəzlərində, xüsusilə ticarət obyektləri və ictimai binaların ətrafında təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb.

banner

Makron ötən şənbə günü baş verən hadisələri də şərh edərək radikal solçu qrupları respublika quruluşunu devirməyə cəhd göstərməkdə ittiham edib. O, həmin qrupların zorakılıq və əvvəlcədən planlaşdırılmış aksiyalar təşkil etdiyini iddia edib və digər cinayət əməllərinə qarşı da sərt tədbirlərin görüləcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi