Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etmək mümkün deyilsə, Ukraynaya hava hücumundan müdafiə raketləri verilməlidir.
Army.az xəbər verir ki, bu b arədə Ukrayna mediası məlumat yayıb.
Zelenski qeyd edib ki, bu yardımların əvəzinin ödənilməsinə Avropa ölkələri dəstək verə bilər.
Onun sözlərinə görə, Ukraynaya raketlərin verilməsi ilə bağlı müraciətlərə bəzən imtina cavabı verilir və buna səbəb kimi mövcud ehtiyatların Yaxın Şərqə yönəldilməsi göstərilir.
