Ev Hərbi XəbərlərEyal Zamir: “Bu halda İrana zərbə endiriləcək”

Eyal Zamir: “Bu halda İrana zərbə endiriləcək”

by Baş Redaktor
15 Baxış

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir İrana qarşı hərbi əməliyyatın keçirilməsi üçün hazırkı mərhələdə zəruri səbəblərin olmadığını bildirib. Onun sözlərinə görə, oktyabrın 27-də baş tutacaq parlament seçkilərinə qədər İrana zərbə endirilməsini tələb edən əməliyyat ehtiyacı müşahidə edilmir.

Army.az xəbər verir ki, bu barədə İsrailin 13-cü televiziya kanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata əsasən, Zamir bu fikirləri qapalı formatda keçirilən müşavirələrdən birində səsləndirib.

General qeyd edib ki, vəziyyətin qiymətləndirilməsi nəticəsində İrana hücumun vacib olduğu qənaətinə gəlinərsə, İsrail ordusu müvafiq addım atacaq.

banner

Əlaqəli Yazılar Xüsusi