Ev DünyaMasadıkov : “Ermənistan bu tarixdə KTMT-dən çıxa bilər”

Masadıkov : “Ermənistan bu tarixdə KTMT-dən çıxa bilər”

by Baş Redaktor
13 Baxış

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında Ermənistanın təşkilatdakı üzvlüyü ilə bağlı məsələyə dair qərar qəbul edə bilərlər.

Army.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov açıqlama verib.

Ermənistanın təşkilatı tərk etməsi ehtimalına münasibət bildirən Masadıkov bunun müvafiq məsələnin Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilməsindən asılı olduğunu deyib.

Baş katibin sözlərinə görə, belə bir təşəbbüslə təşkilata sədrlik edən ölkə və ya digər üzv dövlət çıxış edə bilər. Bu halda məsələ dövlət başçıları səviyyəsində, Kollektiv Təhlükəsizlik Şurasının çərçivəsində nəzərdən keçirilə bilər.

banner

Əlaqəli Yazılar Xüsusi