Ev DünyaTrampdan Fransaya çağırış: “Sərhədlər təcili bağlanmalıdır”

Trampdan Fransaya çağırış: “Sərhədlər təcili bağlanmalıdır”

by Baş Redaktor
73 Baxış

ABŞ Prezidenti Donald Tramp Fransada miqrasiya siyasətini tənqid edərək ölkənin sərhədlərinin təcili bağlanmalı olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır”, – deyə Tramp yazıb.

Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq kütləvi aksiyalar keçirilib.

banner

Aksiya təşkilatçılarının hesablamalarına görə, nümayişlərdə 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.

Bəzi şəhərlərdə etirazlar iğtişaşlarla və polislə toqquşmalarla nəticələnib. Fransanın daxili işlər naziri Loran Nunes talan və qarət hadisələrində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.

Əlaqəli Yazılar Xüsusi