104
Ermənistan Müdafiə Nazirliyinin strukturunda iki yeni kadr təyinatı həyata keçirilib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Taron Yeqiazaryan Silahlanma və Texniki Təminat İdarəsinin, Norayr Mkrtçyan isə Silahlı Qüvvələrin Mənəvi və Psixoloji Təminat İdarəsinin rəhbəri vəzifəsinə gətirilib.
Təyinatlarla bağlı müvafiq fərmanları Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
