“Qarşıdakı iki gün ərzində çox təəccüblü hadisələrin şahidi olacaqsınız”.
Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Müharibənin necə başa çatacağı ilə bağlı suala cavab verən ABŞ lideri bildirib ki, proses müxtəlif ssenarilərlə yekunlaşa bilər: “Bu, istənilən formada bitə bilər. Amma məncə, razılaşma daha yaxşı variantdır, çünki bu halda onlar yenidən qurula bilərlər. Hazırda onların tamamilə fərqli bir hakimiyyəti var. Hər halda, biz radikalları aradan qaldırdıq – onlar artıq yoxdur. Əgər mən prezident olmasaydım, dünya artıq dağılmış olardı”, – deyə qeyd edib.