Ev DünyaÜç ölkədən ortaq müdafiə addımı: Türkiyə parlamenti Məkkə Sazişini təsdiqlədi

Üç ölkədən ortaq müdafiə addımı: Türkiyə parlamenti Məkkə Sazişini təsdiqlədi

by Baş Redaktor
48 Baxış

Türkiyə Böyük Millət Məclisi (TBMM) Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə sazişinin ratifikasiyasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Army.az xəbər verir ki, sənəd parlamentin plenar iclasında səsverməyə çıxarılaraq təsdiqlənib.

Məkkə Sazişi kimi tanınan müdafiə razılaşması avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.

Razılaşmanın əsas müddəalarından birinə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə qarşı silahlı hücum digər iki dövlətə də yönəlmiş təcavüz kimi qiymətləndiriləcək.

banner

Sənəd üç ölkə arasında kollektiv müdafiə mexanizminin gücləndirilməsini, hərbi koordinasiyanın genişləndirilməsini və müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Əlaqəli Yazılar Xüsusi