Ev DünyaPutin Köçəryanı belə təbrik etdi

Putin Köçəryanı belə təbrik etdi

by Baş Redaktor
71 Baxış

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı 72 yaşı tamam olması münasibətilə təbrik edib.

Army.az xəbər verir ki, Putin Köçəryana təbrik teleqramı göndərib və onun Rusiya ilə Ermənistan arasındakı dostluq və müttəfiqlik münasibətlərinin inkişafındakı rolunu xüsusi qeyd edib.

“Rusiyada ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfəni unutmurlar”, – deyə Rusiya lideri bildirib.

Putin təbrikində Köçəryana möhkəm cansağlığı, mənəvi güc və qarşılaşdığı sınaqların öhdəsindən gəlmək üçün dözüm arzulayıb. O, Köçəryanın ailə üzvlərinə də hazırda üzləşdikləri çətinliklər qarşısında səbir və möhkəmlik diləyib.

banner

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün 72 yaşını qeyd edir.

Əlaqəli Yazılar Xüsusi