ABŞ-ın maliyyə naziri Skott Bessent İranla münaqişənin nə qədər davam edəcəyini deyə bilməyəcəyini bildirib.
Army.az xəbər verir ki, Bessent bu barədə CNBC-yə açıqlamasında danışıb.
CNBC-nin son materiallarında İran münaqişəsinin enerji və nəqliyyat bazarlarına təsirlərinə də diqqət çəkilir.Nazir bildirib ki, oktyabrın 1-dən etibarən bütün dünyada İrana məxsus aviaşirkətlərin fəaliyyəti dayandırılacaq.
Skott Bessent əlavə edib ki, İran məsələsini Çinlə də müzakirə edib. Onun sözlərinə görə, çinli rəsmilər bu prosesə çox fəal şəkildə cəlb olunublar.
