Ev DünyaTramp: “Bütün dünya bu müharibə səbəbindən əziyyət çəkir”

Tramp: “Bütün dünya bu müharibə səbəbindən əziyyət çəkir”

by Baş Redaktor
8 Baxış

“Rusiya təəssüf ki, Ukrayna ilə müharibə səbəbindən dizel yanacağı sənayesinə nəzarəti itirib”.

Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Onların çoxsaylı dizel emalı zavodları partladılıb və ən azı müvəqqəti olaraq fəaliyyətini dayandırıb”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini də vurğulayıb.

banner

“Bu gülünc və heç vaxt bitməyən müharibə başa çatdırılmalıdır. Bütün dünya əziyyət çəkir, çünki hər ay, əsasən hərbçilər olmaqla, 25 min insan öldürülür. Necə də təəssüf doğuran haldır!” – Tramp yazıb.

Əlaqəli Yazılar Xüsusi