Ev DünyaTürkiyədə PKK ilə bağlı tarixi addım: AKP qanun layihəsini parlamentə təqdim etdi

Türkiyədə PKK ilə bağlı tarixi addım: AKP qanun layihəsini parlamentə təqdim etdi

by Baş Redaktor
150 Baxış

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının tərksilahı prosesini hüquqi çərçivəyə salmaq məqsədilə parlamentə yeni qanun layihəsi təqdim edib.

Army.az xəbər verir ki, bu barədə AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiya rəhbəri Abdullah Güler məlumat verib.

Onun sözlərinə görə, 12 maddədən ibarət qanun layihəsinə təxminən 360 deputat imza atıb. Sənədin avqustun 7-də parlamentin plenar iclasında səsverməyə çıxarılması gözlənilir.

Layihənin qəbul ediləcəyi təqdirdə PKK-nın tərksilahı prosesi ilə bağlı hüquqi mexanizmlərin formalaşdırılması nəzərdə tutulur.

banner

Əlaqəli Yazılar Xüsusi