Ev DünyaPeskovdan diqqətçəkən açıqlama: “Bu məlumatlara ciddi yanaşmayın”

Peskovdan diqqətçəkən açıqlama: “Bu məlumatlara ciddi yanaşmayın”

by Baş Redaktor
19 Baxış

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasındakı münaqişədə ərazi məsələsinin açıq şəkildə müzakirə olunmasının mümkün olmadığını bildirib.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Peskov jurnalistlərin Rusiyanın ərazi məsələsində mövqeyini sərtləşdirdiyi barədə mediada yayılan xəbərlərlə bağlı sualını cavablandırarkən deyib ki, bu mövzu danışıqların ictimai şəkildə aparılacağı məsələ deyil.

“Bunlar ictimai şəkildə, belə bir ‘meqafon’ formatında müzakirə edilməsi çətin olan detallardır. Bu cür məlumatları ciddi qəbul etmək və onlara xüsusi əhəmiyyət vermək lazım deyil. Onlar daha çox spekulyasiya xarakteri daşıyır”, – deyə Kremlin nümayəndəsi bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi