Ev GündəmÖzbəkistan Prezidenti Putinə zəng etdi

Özbəkistan Prezidenti Putinə zəng etdi

by Baş Redaktor
26 Baxış

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Army.az xəbər verir ki, söhbət zamanı Mirziyoyev Rusiya liderini Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı ali səviyyədə əldə olunmuş razılaşmaların icrası çərçivəsində Özbəkistan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər Hökumətlərarası Komissiyanın və Regionlar Şurasının növbəti iclaslarının, həmçinin Rusiyada Özbəkistan Mədəniyyəti Günlərinin səmərəli keçirilməsinin vacibliyini vurğulayıblar.

banner

Əlaqəli Yazılar Xüsusi