Ev GündəmPolşadan Ukraynaya tarixi barışıq təklifi: “Bağışlayırıq və bağışlanma diləyirik”

Polşadan Ukraynaya tarixi barışıq təklifi: “Bağışlayırıq və bağışlanma diləyirik”

by Baş Redaktor
20 Baxış

Polşa Xarici İşlər Nazirliyinin rəhbər müavini İqnatsi Nemçitski Polşa ilə Ukrayna arasında uzun müddətdir davam edən tarixi fikir ayrılıqlarının aradan qaldırılması üçün qarşılıqlı barışıq formulunun tətbiqini təklif edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Diplomat TVP Info telekanalına açıqlamasında “biz bağışlayırıq və bağışlanma diləyirik” yanaşmasının iki ölkə arasındakı gərginliyin azalmasına və qarşılıqlı düşmənçiliyin dərinləşməsinin qarşısının alınmasına kömək edə biləcəyini bildirib.

Nemçitskinin sözlərinə görə, Varşavanın səyləri nəticəsində Volın qırğını qurbanlarının dəfn olunduğu ərazilərdə eksqumasiya işlərinin bərpası mümkün olub.

banner

Polşa rəsmisi tarixi məsələlərin daha geniş şəkildə araşdırılması üçün birgə Polşa-Ukrayna tarix komissiyasının yaradılmasını da təklif edib. Onun sözlərinə görə, belə bir qurum Riqа müqaviləsinin şərtlərindən tutmuş ərazi mübahisələrinə və polyak düşərgələrində saxlanılan ukraynalı hərbçilərin taleyinə qədər müxtəlif məsələləri araşdıra bilər.

Son dövrlərdə Varşava ilə Kiyev arasında münasibətlərdə tarixi mövzular səbəbindən gərginlik artıb. Tərəflər xüsusilə Volın hadisələri və Ukrayna millətçi təşkilatlarının tarixi ilə bağlı məsələlərdə fərqli mövqelər nümayiş etdirirlər.

Əlaqəli Yazılar Xüsusi