Ev GündəmPutin qadağalarla bağlı fərman imzaladı : Siyahıda Azərbaycan da var

Putin qadağalarla bağlı fərman imzaladı : Siyahıda Azərbaycan da var

by Baş Redaktor
46 Baxış

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana, eləcə də Tacikistan və Özbəkistana nağd rubl çıxarılması ilə bağlı yeni məhdudiyyət tətbiq edib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Fərmana əsasən, fiziki şəxslərin bu ölkələrə 1 milyon rubldan (təxminən 20 min manat) artıq nağd rubl aparması qadağan edilir. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur.

Sənəddə müəyyən istisnalar da nəzərdə tutulub. Beynəlxalq hava limanlarından nağd rubl çıxarılarkən bank hesablarından və ya əmanətlərdən vəsaitin götürüldüyünü təsdiqləyən sənədlər təqdim edilə bilər.

banner

Bundan başqa, beynəlxalq yükdaşımalar çərçivəsində hüquqi şəxslərin nağd rubl aparmasına da müəyyən hallarda icazə verilir.

Əlaqəli Yazılar Xüsusi