Ev DünyaPutin: Ermənistan-Azərbaycan sərhədində həllini gözləyən məsələlər var

Putin: Ermənistan-Azərbaycan sərhədində həllini gözləyən məsələlər var

by Baş Redaktor
12 Baxış

Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan arasındakı sərhədlə bağlı bir sıra məsələlərin ekspertlər tərəfindən ayrıca qiymətləndirilməli olduğunu bildirib.

Army.az xəbər verir ki, Putin jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-nin sərhədin müəyyən hissələrinin təhlükəsizliyinin təmin edilməsində rol oynamalı olduğu barədə mövqeyinə də münasibət bildirib.

Rusiya prezidentinin sözlərinə görə, KTMT-nin digər üzv ölkələri isə sərhədin konkret hissələrinin müdafiəsi məsələsinin ayrıca müzakirə edilməli olduğunu vurğulayıblar.

Putin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı yekun razılaşma mövcud deyil. Onun sözlərinə görə, tərəflərin sərhəd xəttinin haradan keçməsi ilə bağlı fərqli yanaşmaları var.

banner

Əlaqəli Yazılar Xüsusi