Ev DünyaUkraynada vəziyyət dəyişdi : Budanov avtobusda gizlənərək…

Ukraynada vəziyyət dəyişdi : Budanov avtobusda gizlənərək…

by Baş Redaktor
26 Baxış

Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Kiyev yaxınlığında nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurma zamanı avtobusa sığınaraq gizlənib. Hadisə zamanı bibər qazından istifadə olunub.

Army.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.

Bildirilir ki, qarşıdurma Petropavlovskaya Borşaqovka kəndində yerləşən və yerli sakinlərin hərbçilər üçün qanunsuz həbsxana hesab etdiyi bina ətrafında baş verib. Sakinlər burada insanların zorla saxlanıldığını və işgəncələrə məruz qaldığını iddia edirlər.

Ukrayna mediasının məlumatına görə, binada silahlı şəxslərin təxminən 40 nəfəri saxladığı bildirilsə də, Budanov sonradan orada yalnız 14 nəfərin olduğunu açıqlayıb.

banner

Etirazçılar binaya daxil olmağa çalışaraq hadisə ilə bağlı izahat tələb ediblər. Toqquşmalar zamanı gözyaşardıcı qazdan istifadə edildiyi, atəş səslərinin eşidildiyi və yaralıların olduğu bildirilir.

Budanovun sözlərinə görə, aksiya iştirakçıları hərbçiləri xəstəxanaya aparmağa çalışan avtobusun qarşısını kəsiblər. Bir müddət sonra Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko hadisə yerinə gəlib.

Pivnenko bildirib ki, sözügedən obyekt hərbçilərin müvəqqəti yerləşdirilməsi üçün kirayəyə götürülüb. Onun sözlərinə görə, hərbi qulluqçular buradan 58 günlük təlim mərkəzinə göndərilirlər.

Əlaqəli Yazılar Xüsusi