Ermənistan qaz təchizatında mənbələrin sayını artırmağı və Rusiyadan asılılığı azaltmağı planlaşdırır.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Alen Simonyan danışıb.
Onun sözlərinə görə, uyğun imkan yarandığı halda Ermənistan həm Azərbaycandan, həm də İrandan təbii qaz idxal edə bilər.
Simonyan bildirib ki, İrəvan qaz idxalını şaxələndirməyə çalışır və təchizatın yalnız bir ölkədən, xüsusilə Rusiyadan asılı vəziyyətdə qalmasını istəmir.
Ermənistan rəsmisi, həmçinin Rusiyanın qazın qiymətindən siyasi vasitə kimi istifadə etdiyini iddia edib:
“Qazın qiyməti də siyasi alətdir”.
