Ev Dünyaİrandan xəbərdarlıq: “İntiqam mütləq alınacaq”

İrandan xəbərdarlıq: “İntiqam mütləq alınacaq”

by Baş Redaktor
34 Baxış

“Şəhidlərin qanı yerdə qalmayacaq, bu cinayətlərin cavabı mütləq veriləcək”.

Army.az xəbər verir ki, bu fikri İran parlamentinin sədr müavini Əli Nikzad sabiq ali lider Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi komandirlərin öldürülməsi ilə bağlı münasibət bildirərkən səsləndirib.

O bildirib ki, cavab tədbirləri vaxtı və şəraiti nəzərə alınmaqla, planlı və düşünülmüş şəkildə həyata keçiriləcək və qarşı tərəf atdığı addımların ciddi nəticələri ilə üzləşəcək.

Nikzadın sözlərinə görə, elektrik enerjisi istehsalı, tibb və kənd təsərrüfatı kimi sahələrdə sülh məqsədli uranın zənginləşdirilməsi İranın qanuni hüququdur və bu məsələ ölkənin dəyişməz “qırmızı xətti” hesab olunur. Onun fikrincə, bu mövzu üzrə hər hansı müzakirə mümkün deyil.

banner

O, həmçinin qeyd edib ki, İran Livan, Yəmən, İraq və Suriyada fəaliyyət göstərən qüvvələrə dəstəyini davam etdirəcək və qarşı tərəfin məqsədlərinə çatmasına imkan verməyəcək.

Əlaqəli Yazılar Xüsusi