Ev DünyaMakron: Fransa İkinci Dünya müharibəsindən bəri ən ağır sınağı yaşayır

Makron: Fransa İkinci Dünya müharibəsindən bəri ən ağır sınağı yaşayır

by Baş Redaktor
6 Baxış

Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən genişmiqyaslı meşə yanğınlarını son onilliklərin ən ağır fəlakətlərindən biri kimi qiymətləndirib.

Army.az xəbər verir ki, Fransa mediasının məlumatına görə, Bordoda çıxış edən dövlət başçısı hazırkı yanğınların ölkənin müasir tarixində analoqu olmadığını bildirib.

Makronun sözlərinə görə, Fransa hazırda görünməmiş miqyasda təbii fəlakətlə üzləşib.

“Biz misli görünməmiş meşə yanğınları ilə mübarizə aparırıq. Hazırda yaşadığımız vəziyyət İkinci Dünya müharibəsindən bəri ölkənin üzləşdiyi ən ağır sınaqlardan biridir”, – deyə Fransa prezidenti vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi