16
Oman elan edib ki, Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiyada Hörmüz boğazından keçidi asanlaşdırmaq üçün müvəqqəti dəniz marşrutu yaradılıb.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qərarın regionda son müharibədən sonra, ABŞ və İsrailin İranla qarşıdurmasının yaratdığı dəniz nəqliyyatı pozuntuları fonunda qəbul edildiyi bildirilir.
Yeni marşrutun məqsədi gəmilərin hərəkətini daha təhlükəsiz və fasiləsiz şəkildə təmin etməkdir.
