Ev DünyaKİV – Moskvanın ən böyük yanacaq mənbəyi fəaliyyətini dayandırdı

KİV – Moskvanın ən böyük yanacaq mənbəyi fəaliyyətini dayandırdı

by Baş Redaktor
21 Baxış

Moskva regionunun ən böyük yanacaq təchizatçılarından biri hesab edilən neft emalı zavodu ciddi zədələndiyi üçün fəaliyyətini uzun müddət bərpa edə bilməyəcək.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarından sonra müəssisədə yaranan genişmiqyaslı dağıntılar səbəbindən zavodun ən azı altı ay işləməyəcəyi gözlənilir.

Qeyd olunur ki, sözügedən müəssisə hər il 11,5 milyon tondan çox neft emal edir və Moskva regionunun benzin və dizel yanacağına olan tələbatının əhəmiyyətli hissəsini qarşılayırdı. Zavodun fəaliyyətsiz qalması Rusiyanın paytaxt bölgəsinin yanacaq təminatına təsir göstərə biləcək mühüm amillərdən biri hesab olunur.

banner

Əlaqəli Yazılar Xüsusi