Ev DünyaBöyük Britaniyanın parçalanması gündəmdə: 3 ölkədən birgə memorandum

Böyük Britaniyanın parçalanması gündəmdə: 3 ölkədən birgə memorandum

by Baş Redaktor
22 Baxış

Şotlandiya, Uels və Şimali İrlandiyanın müstəqillik tərəfdarı siyasi qüvvələri Böyük Britaniyanın gələcək siyasi quruluşu ilə bağlı ortaq mövqe ortaya qoyublar.

Army.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, üç ölkənin müstəqillik tərəfdarı partiyalarının liderləri xalqların öz müqəddəratını təyin etmək hüququnu müdafiə edən memorandum imzalayıblar.

Sənədə Şotlandiya Milli Partiyasının (SNP) lideri Con Svinni, Uelsin Plaid Cymru partiyasının rəhbəri Rhun ap Iorvers və Şimali İrlandiyanın Sinn Féin lideri Mişel O’Nil imza atıb.

banner

Memorandumda tərəflər xalqların öz siyasi gələcəkləri və statusları barədə sərbəst qərar verməli olduğunu bildiriblər. Onlar Britaniya hökumətini mümkün konstitusiya dəyişikliklərinə əvvəlcədən hazırlaşmağa və belə bir prosesin həyata keçirilməsi üçün lazımi şərait yaratmağa çağırıblar.

Əlaqəli Yazılar Xüsusi