51
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə gedib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Paşinyan Parisdə təşkil olunacaq Beynəlxalq Kosmik Sammitə qatılacaq.
Səfərin digər detalları barədə əlavə məlumat verilməyib.
